Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Kembricdən şad xəbər:Bakıda mükəmməl ingilis dili

 


Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Kembricin İngilis dili üzrə Qiymətləndirməsi (Cambridge Asessment English) tərəfindən CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib


Yenixeber.org:  Kembric Universitetinin bir bölümü olan Kembricin İngilis dili üzrə Qiymətləndirməsi Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) ölkəmizdə ilk rəsmi CELTA tədris mərkəzi kimi akkreditə olunduğunu elan edib.
AMİM 23 iyul-17 avqust tarixləri arasında keçiriləcək ilk kursda dil müəllimləri və dil müəllimi olmağı istəyənlərə Azərbaycanda təhsil almaq imkanı təqdim edəcək. Təlim proqramı beynəlxalq səviyyədə tanınmış təlimçilər Qari Nikson və Keti Qeraqti tərəfindən keçiriləcək.
CELTA müəllimlərə yetkin şəxslərə İngilis dili öyrədə bilmək üçün lazımi bacarıq, bilik və təcrübə verir. CELTA Kembric Enqlş özünəməxsus statusa malik, dünya miqyasında keçərli olan və işə götürənlər tərəfindən tələb olunan bir kvalifikasiyadır.
CELTA təlim proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinin e-mail ünvanına (info@Azteachers.az) və ya 012 599 1967, 050 290 1695 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam