Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Təhsil Nazirliyi:20 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçiriləcək

 

Bu ilin 26 may-2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək

Yenixeber.org: Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. 

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat istifadəçilərin şəxsi səhifələrinə göndəriləcək.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək.

Namizədlərdən imtahan keçiriləcək ünvana (Azərbaycan Texniki Universiteti, Ayna Sultanova küçəsi 5, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığı) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam