Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Valideynləri daha çox hansı suallar maraqlandırıb?- Təhsil İdarəsi açıladı

Valideynləri daha çox hansı suallar maraqlandırıb?

 

 

22 fevral - 2 mart 2018-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Facebook" səhifəsində müvafiq suallara cavab verilib

 

Yenixeber.org: Suallar şərhlər vasitəsilə cavablandırılıb.

BŞTİ-nin "Facebook" səhifəsində daha çox qeydiyyat prosesi, 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu, mikroərazi prinsipi tətbiq olunan məktəblər, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların elektron sistem tərəfindən avtomatik I sinfə keçirilməsi, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagirdlərin qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

Qeyd edək ki, fevralın 22-dən 2018-2019-cu tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində I sinfə şagirdlərin onlayn qeydiyyatı başlayıb. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə uşaqların qeydiyyatı isə martın 12-də başlayacaq. Uşaqların I sinfə qəbulu üçün valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin sistemdə qeydiyyatı sentyabrın 15-dək mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.

Martın 2-nə (saat 17:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 35 000-dən çox sorğu yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam