Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"50 min şagird tam orta təhsil almadan məktəbdən ayrılır"

1aa

“Hər il Azərbaycanda birinci sinfə başlayan şagirdlərlə XI sinif şagirdlər arasında təxminən 50 minə yaxın fərq müşahidə olunur”.

Xeberinfo.com:  APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, birinci sinfə başlayan şagirdlərin sayı daha çox olur. Bunun demoqrafik cəhətdən müsbət hal olduğunu deyən təhsil naziri vurğulayıb ki, mövcud reallıq bir sıra aktual məsələləri gündəmə gətirir: “Son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib. 90-cı illərin sonlarında bu göstəricilər mənfi idi, müəyyən dövrdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə tam əksini yaşayırıq. Təbii ki, şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hökumətə, müvafiq qurumlar təqdim olunur”.

C. Bayramov vurğulayıb ki, şagird sıxlığı problemi əsasən, Bakıda yaşanır. Onun sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında və digər sənədlərdə maksimal dərəcədə məktəbləri bir növbədə təşkil etmək qarşıya məqsəd olaraq qarşıya hədəf olaraq qoyulsa da, bu günə kimi Bakı şəhərində buna nail olunmayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam