Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Malik İsaqovla Eldar Əzizov arasında “müharibə”

 

Qubadlının icra başçısı Malik Isaqovla Sumqayıtdakı həmkarı Eldar Əzizov arasında mübarizə qızışır.

"Xeberinfo.com":  Məlumata görə, Malik İsaqov Eldar Əzizovun postuna göz dikib. 

Məlumatda deyilir ki, Malik İsaqov məqsədinə çatmaq üçün Sumqayıtdakı həmyerlilərini hərəkətə gətirib. 

Məlumat üçün bildirək ki, Qubadlı işğal olunandan sonra bu rayonun əhalisinin çox hissəsi Sumqayıta köç edib. 

Dünən aldığımız məlumata görə, artıq icra başçıları arasındakı mübarizə açıq müstəviyə keçib. Bildirilir ki, Eldar Əzizov Malik Isaqovun həmyerlilər vasitəsilə Sumqayıtda ona qarşı aksiyalar təşkil edə biləcəyindən ehtiyatlanır. Bu baxımdan o, bu günlərdə müşavirə keçirərək, tabeliyində olan şəxslərə əhalinin problemlərilə ciddi maraqlanmağı, sakinlərin narazılığına səbəb olan məsələləri tez bir zamanda həll etməyi tapşırıb. Eldar Əzizov bununla yerli əhalinin dəstəyini qazanmaq istəyir. 

Qeyd edək ki, Malik İsaqovun Sumqayıtın icra başçısı olmaq istəyi Prezident Administrasiyasında müsbət qarşılanmayıb. Hətta hiddət doğurub və onun fəaliyyətinin yoxlanılmasına başlanılıb. Bununla belə Malik İsaqov Eldar Əzizovu “devirmək” üçün səylərini davam etdirir.

“Azadlıq”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam