Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Nə həkim var, nə də dərman..." - Koronavirusa yoluxan jurnalist ailəsi baxımsız qalıb

 

 

 "Məni, bacımı və həyat yoldaşımı aldatdılar ki, sizi xəstəxanaya aparırıq. Təcili yardım maşını bizi Atletlər kəndindəki karantinə yerləşdirib qacdı. İndi bizi buraxmırlar. Burda isə nə həkim var, nə də dərman. Şəxsiyyət vəsiqələrimizi alıb çıxmaga icazə vermirlər. Vəziyyətimiz isə getdikcə ağırlaşır. TƏBİB-in icazəsi olmadan deyirlər hec yerə gedə bilməzsiniz". 

Yenixeber.org: Bu sözləri koronavirus testi pozitiv çıxmış jurnalist Müşfiq Abdulla sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, adıçəkilən jurnalistlə yanaşı onun həyat yoldaşı və bacısı "Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva koronavirusa yoluxub. Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar. M. Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.

Jurnalist Həbibə Abdulla bildirib ki, jurnalistin həyat yoldaşı ona durumlarının çox ağır olduğunu bildirib.

"TƏBİB rəhbərliyinin fikri nədir? Ölü sayını artırmaq? Gəlin zəng edib ağlaya-ağlaya ki, MüşfiqləNigar ölür. Nə edək? Üzümüzü kimə tutaq? Bu adamlar medianın tanınmış imzalarıdır, onlara belə edəndə başqalarına necə münasibət göstərilir axı?" -deyə Həbibə Abdulla yazıb.

Qeyd edək ki, TƏBİB hələ də virusa yoluxan bu ailəninin durumu, onların müalicə olunmaması ilə bağlı yazılanlarla bağlı hər hansı açıqlama verməyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam