Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

AMEA yeni vəzifələrinin icrasına başladı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni Nizamnaməsindən irəli gələn vəzifələrin icrasına başlanılıb

 

"Xeberinfo.com":  Məlumata görə, Rəyasət Heyətinin iclasında ölkə rəhbərinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 11 dekabr 2014-cü il tarixli fərmanından danışan akademik Akif Əlizadə bildirib ki, yeni Nizamnamədə AMEA-nın fəaliyyətinin dövrün tələblərinə uyğun təşkilini, elmi nailiyyətləri təcrübədə tətbiq etmək yolu ilə gəlir gətirən təsərrüfat subyekt­ləri yaratmağı, beynəlxalq əlaqələrin genişləndirilməsini, əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən və digər əhəmiyyətli məsələlərin həllini nəzərdə tutan əsaslı müddəalar öz əksini tapıb.
 
Qeyd olunub ki, sənədin AMEA-nın Nizamnamə Komissiyası tərəfindən bütün struktur bölmələrin fəaliyyətinə tətbiq edilməsi məqsədilə Rəyasət Heyəti aparatının idarə və şöbələri, elmi bölmələri, regional elmi bölmə və mərkəzləri, elmi müəssisə və təşkilatlarında seminar məşğələlərin keçirilməsi, həmçinin Nizamnamə və Əsasnamələrinin yeni Nizamnaməyə uyğun dəyişdirilməsi nəzərdə tutulur.
 
İclasda Akademiyanın bayrağının təsviri və istifadəsi qaydalarının “Azərbaycan Milli Elmlər Akademiyasının bayrağı haqqında Əsasnamə” ilə müəyyən edilməsi, Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin iki müstəqil bölməyə ayrılması və sözügedən bölmələrin hər birinin konsepsiya və əsasnamələrinin hazırlanaraq təsdiq edilməsinin qanunauyğun hesab edilməsi Nizamnamədən irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçiriləcək növbəti tədbirlər kimi müəyyənləşdirilib

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam