Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ermənistanda evlər kəskin bahalaşır

 

Ermənistanda evlər kəskin bahalaşır
Ermənistanın yeni hökuməti seçki kampaniyasında bir çox iqtisadi-sosial problemləri həll edəcəyini desə də, ölkədə iqtisadi vəziyyət gərgin olaraq qalmaqdadır. Yeni hökumət öz vədlərini yerinə yetirə bilmir.
Yenixeber.org: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırov deyib ki, bunu göstərən faktorlardan biri də Ermənistanda cari il ərzində mənzillərin qiymətində əhəmiyyətli artımın baş verməsidir.

Onun sözlərinə görə, 2019-cu ilin ilk yarısında İrəvanda mənzillərin qiyməti orta hesabla 9.5% bahalaşıb: "Bu rəqəm şəhərin müxtəlif hissələrində fərqlənir. Şəhərin bəzi hissələrində hətta mənzillərin qiyməti 16.3% artıb. Bu da sözsüz ki, satılan mənzillərin sayının azalmasına gətirib çıxarıb. 2019-cu ilin ilk yarısında satılan evlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5.3% azalıb. Bu rəqəm şəhərin müxtəlif ərazilərində daha yüksəkdir. İrəvanda mənzil satışının 18% və 33%-ə qədər azaldığı rayonlar da var".



O.Bağırov vurğulayıb ki, mənzillərin qiymətlərinin artması və satış sayının azalması yeni hakimiyyətin dövründə sosial vəziyyətin daha da pisləşməyə doğru getdiyini göstərir: "Bu da siyasi hakimiyyət üçün təzyiqlərin artması deməkdir. Əgər yaxın bir neçə il ərzində əsas sosial-iqtisadi problemlər həll edilməzsə, bu xalqın yeni hökumətə inamının azalmasına və hətta yeni etiraz aksiyalarının başlanmasına səbəb ola bilər".(azvision)

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam