Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İcra başçısı bələdiyyə torpaqlarını satır

 

 

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Göygöl rayonunun Hacıməlik bələdiyyəsinin balansında olan torpaqları satır.
"Xeberinfo.com":  Bununla bağlı savash.org-un əldə etdiyi informasiyada iddia olunur ki, sözügedən ərazidə torpaqların sotu 3000-4000 manat aralığında dəyişir və Gəncənin icra başçısı Elmar Vəliyev başqa bir rayonun ərazisi olmasına rəğmən buradakı torpaq satışını tam olaraq əlinə keçirə bilib.
Sual oluna bilər ki, necə? Necəliyi çox sadədir. Mənbəmizin iddialarına görə, həmin torpaqlar köhnə "İnşaatçı” Birliyinin saxta möhürləri ilə satılır. Guya bu ərazini alanlar sözügedən birliyin işçiləri olub və alqı-satqı da köhnə tarixlərlə həyata keçirilir: "Kimə torpaq satırlarsa, onlara deyirlər ki, get, 50 yaşı tamam olmuş adam tap, torpağı onun adına sənədləşdirəlk. Elə bir sənəd düzəldirlər ki, güya keçmişdə həmin şəxs birlikdə işləyib və dövlət ona ilkin sənədlər verib. Elə həmin sənədlər əsasında da kadastr planı hazırlayırlar. Halbuki birlikdə 250 nəfərə torpaq verilib, indi bunlar 10 min nəfərə o adla torpaq paylayırlar”.
Torpaqların Qurban adlı şəxsin maklerliyi ilə satıldığını bildirən mənbəmiz əslində bu işin başında Elmar Vəliyevin dayandığını iddia edir. Göygöl rayon icra hakimiyyətinin başçısının isə baş verənlərə müdaxilə etmək gücündə olmadığı bildirilir. Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam