Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

5-dən çox uşağı olan 2904 qadın - Onlar bu rayonlarda yaşayır

 

5-dən çox uşağı olan 2904 qadın - Onlar bu rayonlarda yaşayır
2018-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 2904 qadının 18 yaşına çatmamış 8906 uşağına aylıq sosial müavinət ödənilir.
Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. Onun sözlərinə görə, beşdən çox uşağı olduğuna görə hər bir uşağına aylıq sosial müavinət ödənilən qadınların sayı Cəlilabad, Yardımlı, Yevlax, Astara, Lerik, Quba rayonlarında üstünlük təşkil edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. 

Fərmana əsasən, 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət verilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam