Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Nərimanov rayonunda yağışın vurduğu zərər aradan qaldırılır

 

Bakı şəhərində yağan aramsız yağışlar nəticəsində dəyən zərərin nəticələrinin aradan qaldırılması.

 

"Xeberinfo.com": Nərimanov rayonunun bəzi yerlərində, xüsusilə də uzun illər öncə qanunsuz tikilmiş xutor tipli ərazilərin yenidənqurma, abadlaşdırma və orda yaşayan sakinlərin yeni mənzillərlə təmin olunması prosesi davam etdirilir.

Bakı şəhərində son günlər yağan aramsız yağışlar səbəbindən həmin ərazilərdə qalmaqda olan qanunsuz tikilmiş yaşayış evlərin və digər obyektlərin zərər çəkdiyini nəzərə alaraq, təbii fəsadların ağır nəticələrinin aradan qaldırılması və sakinlərin üzləşdiyi problemlərin operativhəlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin nəzdində xüsusi komissiya təşkil olunmuşdur.

Komissiya tərəfindən xüsusi geyimlərlə, suçəkən maşın və nasoslarla təchiz olunmuş işçi briqadaları yaradılmışdır.

Hazırda, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə qeyd olunan ərazilərdə kanalizasiya xətlərinin olmaması və ya lazımi qaydadaişləməməsi səbəbindən su basmış ərazilərdən suyun çəkilməsi istiqamətində müvafiq işlər aparılır.

Sakinlərdən bu və ya digər problemlərlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin qaynar xəttinə (1643) və 496-08-11 nömrələrinə müraciət etmələri xahiş olunur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam