Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği artırıldı

Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği artırıldı

 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb

 

Yenixeber.org: Fərmana əsasən ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilir.

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanının 2-ci hissəsində "1300 (min üç yüz)" sözləri "1450 (min dörd yüz əlli)" sözləri ilə əvəz edilir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam