Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bu şəxslərin maaşı 50% artdı– Sərəncam

Bu şəxslərin maaşı 50% artdı

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

 

Yenixeber.org: Sərəncam Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, Sədərək rayon Mərkəzi Xəstəxanasının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədi daşıyır.

Bununla da Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilir və İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Sədərək rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılır.

Həmçinin sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və Sədərək Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2018-ci il iyulun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etsin.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, Səhiyyə Nazirliyinə və Vergilər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam