Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Hüseyn Bağırov Yardımlıda vətəndaşları qəbul edib

Hüseyn Bağırov Yardımlıda vətəndaşları qəbul edib

 

Yenixeber.org: Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yardımlı şəhərində yerləşən Heydər Əliyev mərkəzində Yardımlı, Lənkəran, Masallı, Lerik və Astaradan olan vətəndaşları qəbul edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının, rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s.  məsələlərlə bağlı 40 dan çox vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Qaldırılan digər məsələlər isə  araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam