Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Gəncədə fəaliyyət göstərən məlumat mərkəzi ilə bağlı səsləndirilən iddialar dövlət qurumları tərəfindən araşdırılmalıdır -ŞOK FAKTLAR

Gəncə şəhərində fəaliyyət göstərdiyi bildirilən bir məlumat mərkəzi ilə bağlı redaksiyamıza daxil olan müraciətdə səhiyyə, əmək və vergi qanunvericiliyinin pozulmasına dair ciddi iddialar irəli sürülür.

Yenixeberorg.com: Müraciətdə qeyd olunan məlumatlar təsdiqini tapacağı təqdirdə, söhbət təkcə istehlakçı hüquqlarının deyil, həm də ictimai sağlamlıq və əmək münasibətlərinin qorunması sahəsində mühüm qanun pozuntularından gedə bilər.

Şikayət müəllifinin bildirdiyinə görə, Gəncə şəhəri, Əziz Əliyev küçəsi 123A ünvanında fəaliyyət göstərdiyi iddia edilən “Tiens” məlumat mərkəzində tibbi təhsili olmayan şəxsin özünü həkim kimi təqdim etdiyi, “Akulife” adlı cihaz vasitəsilə vətəndaşlara müayinə apardığı, onların sağlamlıq vəziyyəti barədə rəy verdiyi və bunun əsasında müxtəlif qida əlavələrinin satışı ilə məşğul olduğu bildirilir.

Müraciətdə qeyd olunur ki, müştərilərdən müayinə adı altında ödəniş alınır, onların şəxsi məlumatları qeyd olunur və cihaz vasitəsilə müxtəlif orqanların vəziyyətinin qiymətləndirildiyi iddia edilir. Daha sonra isə vətəndaşlara qida əlavələri müalicə vasitəsi kimi təqdim olunaraq satılır.

Bu iddialar təsdiqlənərsə, ilk növbədə “tibbi fəaliyyətin kimlər tərəfindən həyata keçirilə biləcəyi”, “diaqnoz qoymaq səlahiyyəti”, eləcə də tibbi cihazların və metodların qanunvericiliyə uyğunluğu ilə bağlı ciddi suallar yaranır. Bu məsələlərin qiymətləndirilməsi aidiyyəti dövlət qurumlarının səlahiyyətinə daxildir.

Müraciətdə yalnız səhiyyə sahəsi ilə bağlı deyil, əmək münasibətləri ilə əlaqədar da ciddi iddialar yer alır. Bildirilir ki, ofisdə 20-dən çox əməkdaş çalışmasına baxmayaraq, onların əksəriyyəti ilə əmək müqaviləsi bağlanmayıb. Əməkhaqlarının qeyri-rəsmi qaydada ödənildiyi, satışdan faiz sistemi tətbiq olunduğu və əmək münasibətlərinin rəsmi uçota alınmadığı iddia olunur.

Bundan başqa, müraciətdə vergi öhdəliklərindən yayınma ehtimalı ilə bağlı da iddialar səsləndirilir. Şikayət müəllifinin sözlərinə görə, satışlardan əldə olunan gəlirlər və əməkdaşlara edilən ödənişlər tam şəkildə rəsmiləşdirilmir. Bu isə araşdırılacağı halda vergi qanunvericiliyi baxımından da hüquqi qiymətləndirmə tələb edə bilər.

Araşdırılması vacib olan digər məsələ isə istifadə olunduğu iddia edilən “Akulife” cihazının hüquqi statusudur. Bu cihazın ölkədə tibbi məqsədlərlə istifadəsinə icazənin olub-olmaması, onun tibbi cihaz kimi dövlət qeydiyyatından keçib-keçməməsi və belə müayinələrin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığı aidiyyəti qurumlar tərəfindən aydınlaşdırılmalıdır.

Qeyd olunan iddialar təsdiqini tapacağı halda, məsələ yalnız bir müəssisənin fəaliyyəti ilə məhdudlaşmaya bilər. Səhiyyə xidmətlərinin qanunsuz göstərilməsi, istehlakçıların aldadılması, əmək hüquqlarının pozulması və mümkün vergi pozuntuları ictimai maraq doğuran məsələlərdir və hərtərəfli araşdırılmalıdır.

Yazıda qeyd olunan bütün məlumatlar redaksiyaya daxil olmuş müraciətə əsaslanır və hələlik rəsmi qurumlar tərəfindən araşdırılmayıb. Adıçəkilən müəssisənin və haqqında iddialar səsləndirilən şəxsin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk. İddiaların obyektiv araşdırılması və hüquqi qiymət verilməsi isə aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.(gundemxeber.com)

Araşdırmalarımız davam edir. Bizi izləyin.

Fəqan Hüseynov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam