Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Yasamal İH köhnə qəbir yerlərini satır –İDDİA

Yasamal İH köhnə qəbir yerlərini satır – İDDİA

Yasamal rayon İcra Hakimiyyəti köhnə qəbir yerlərinin satılmasında günahlandırılır.

Yenixeber.org: Bu iddianı Yasamal rayon sakini Seymur Hacıyev sözügedən icra hakimiyyətinin rəsmi Feysbuk səhifəsində yazıb.
Belə ki, Yasamal İH yanvar ayında sakinlərlə keçirdiyi görüşlə bağlı paylaşım edib. Bu paylaşıma gələn şərhlərin əksəriyyəti isə sakinlərin şikayəti olub.
Şikayətçi Seymur Hacıyev iddia edib ki, Yasamalda köhnə qəbir yerləri gizli formada sayılır:

“İnsanların qəbirlərini satırlar. Qohumları tapa bilmir. Xüsusilə baxımsız qəbirləri satırlar. Yasamal qəbirsanlığında reyster yox, sıra kitabı yox. Biabırçılıqdır”.

Ancaq sakinlərin şikayəti bununla bitmir. Bəzi sakinlər də icra başçısının sakinlərlə görüş vaxtlarının gizlədilməsindən şikayətlənib. Sevinc Əbilova bildirib ki, icra başçısının görüş vaxtlarını bilmirlər:

“Səhifənizdə icra başçısının qəbul vaxtını paylaşın, Yasamal sakini olaraq biz də şikayətimizi çatdıraq”.

Bu iddia və şikayətlərlə bağlı Yasamal İcra Hakimiyyətinin mövqeyini öyrənmək istədik. Lakin zənglərimizə cavab verən olmadı. Yasamal İH-in mövqeyini işıqlandırmağa hazırıq.(tribuna.az)

Gülşən Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam