Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Pensiya kapitalı 2 dəfə artırılacaq”

 

Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib.
"Xeberinfo.com":   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
Bu islahat tədbirlərinin təfərrüatları barədə məlumat verən E.Mehdiyev vurğulayıb ki, “Hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50 faizi fərdi hesablarda uçota alınır. İslahat nəticəsində bu hədd 100 faizə çatdırılacaq və beləliklə ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin hazıradək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq. Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcəkdir.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam