Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

TQDK sədri AMEA prezidentini təkzib etdi

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə AMEA-nın magistratura pilləsinə qəbul məsələsinə münasibət bildirib.

"Xeberinfo.com":  Məlumata görə, o qeyd edib ki, TQDK AMEA-ya bu məsələ ilə bağlı texniki və metodiki kömək göstərir: “Lakin burada hüquqi məsələlər var. Müəyyən hüquqi dəyişikliklər edilməlidir. Bu da bizdən asılı deyil. Hətta “Təhsil haqqında” qanunda da müəyyən dəyişiklik olunmalıdır. Çünki qanunda yazılıb ki, magistraturaya qəbul yalnız təhsil müəssisələri üzrə aparıla bilər”.

M. Abbaszadə qeyd edib ki, elmi müəssisələrin magistratura pilləsinə qəbulla bağlı “Təhsil haqqında” qanunda heç bir maddə yoxdur. “Bu dəyişikliklər baş tutandan sonra təbii ki, Akademiyanın magistraturasına qəbul aparılacaq”.

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu ilin fevralında AMEA-nın magistraturasına 7 ixtisas üzrə qəbul elan ediləcəyini deyib.

Lent.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam