Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ermənistan Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür - Bakıdan SƏRT REAKSİYA

 

Ermənistan Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür -  Bakıdan SƏRT REAKSİYA

"Ermənistan Suriyadakı humanitar vəziyyətdən istifadə edərək öz məqsədləri naminə Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür və orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır".

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

"Bu, Ermənistanın anneksiya və işğal siyasətini bir daha nümayiş etdirir. Bu baxımdan, beynəlxalq ictimaiyyət xüsusilə diqqətli olmalıdır", - o qeyd edib.

H.Hacıyev həmçinin vurğulayıb ki, Ermənistan ekoloji normalara baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin təbii sərvətlərini talan edir və buna dair bir sıra faktlar var: "Metallurgiya və əlvan metallar Ermənistanın ixracının əsas komponentlərindən biridir və burada Azərbaycanın işğal olunmuş ərazilərdən hasil olunmuş sərvətlər də var".

H.Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələlərə diqqətini cəlb etməyin vacibliyini vurğulayıb: "Vasitəçilərin atəşkəsə dair çağırışlarından əlavə, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin dayandırılmasına çağırış etmələri də vacibdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam