Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ərdoğan Baxçalı ilə danışıqlara başlayır

Ərdoğan Baxçalı ilə danışıqlara başlayır
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün saat 16:00-da Ankarada Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşəcək.
Yenixeber.org: “Anadolu” agentliyi xəbər verir ki, görüşdə baş nazir Binəli Yıldırımın da iştirak edəcəyi gözlənilir. Bu, 24 iyun Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra Ərdoğanla MHP sədrinin ilk görüşü olacaq. Lakin görüşdə nələrin müzakirə olunacağı açıqlanmır.

Bununla belə, Baxçalı ilə görüşün prezident üsul-idarəsinə keçid məsələsini müzakirə etmək üçün Ərdoğanın dünən baş nazir və hökumət üzvlərini toplamasından sonra keçirməsi diqqət çəkib.

Qeyd edək ki, Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ilə MHP “Cumhur İttifaqı” quraraq seçkilərə vahid siyasi blokdan qatılmışdılar. MHP sədri Dövlət Baxçalının müavini Səfər Aycan bəyan edib ki, parlament seçkilərində 49 yer qazanan MHPTürkiyə Böyük Millət Məclisində “açar rol” oynayacaq: “Bundan sonra parlamentdəki siyasəti MHP aparacaq. Biz nə deyəcəyiksə, o olacaq.” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam