Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir

[thumb]http://yenixeber.org/uploads/posts/2017-12/1512911783_1-2.jpg[

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu üçün yürüşün keçirilməsi məqsədi ilə Kiyevin mərkəzinə toplaşır

 

Yenixeber.org: Aksiya iştirakçıları Taras Şevçenko adına parka toplaşır.

M. Saakaşvilinin sədri olduğu Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi İvan Slobodyanik yürüşün Azadlıq (Maydan) meydanında başa çatacağını, meydanda aksiya keçiriləcəyini bildirib. Aksiyada M. Saakaşvilinin həyat yoldaşı da iştirak edəcək. Aksiyaçılar M. Saakaşvilinin azadlığa buraxılması barədə şüarlar səsləndirirlər.

Qeyd edək ki, M. Saakaşvili dekabrın 5-də cinayətkar qrupun üzvlərinə yardım etmək və onların cinayət əməllərini gizlətmək ittihamı ilə saxlanılıb. Ancaq tərəfdarları M. Saakaşvilinin aparıldığı avtomobilin qarşısını kəsib, onu azad ediblər. Daha sonra M. Saakaşvili tərəfdarları ilə birlikdə Ali Radanın qarşısındakı meydana gəlib, prezidentin impiçmentini tələb ediblər. Dekabrın 6-da polislər meydandakı çadır şəhərciyində  M. Saakaşvilini həbs etmək istəsələr də, onun tərəfdarlarının müqaviməti ilə qarşılaşıblar. Polislər M. Saakaşvilini yalnız dekabrın 8-də axşam saatlarında saxlaya biliblər. ]


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam