Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Deputatlığa namizəd Ceyhun Çovdarov güllələndi

 

 

 

 

 

 

Oktyabrın 19-da axşam saatlarında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib

Yenixeber.org: aməlum şəxslər Qızılhacılı kəndindəki seçki qərargahının önündə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovu güllələyiblər.

Məlumata görə, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.

Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralılardan Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədənlər haqqında məlumat yoxdur.

Gürcüstan DİN faktla bağlı araşdırma aparır.

***

Oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində daha bir nəfərin yaralandığı məlum olub.

Report-un məlumatına görə, hadisə zamanı kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən güllə yarası alıb.

Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanadadırlar. Vəziyyəti nisbətən yaxşı olan Anar Məmişov xəstəxanadan evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam