Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Şərq Tərəfdaşlığı parçalanır:Avropadan yeni layihə

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Ukrayna, Gürcüstan və Moldovanın avrointeqrasiyasını dərinləşdirmək üçün “Şərq Tərəfdaşlığı+” modelinin tətbiq edilməsini tələb edib.

Yenixeber.org: Bu barədə informasiyanı komitənin mətbuat xidməti yayıb. Bu modelin Şərq Tərəfdaşlığı ölkələrinin 24 noyabrda Brüsseldə keçirilən sammitində qəbul edilməsi təklif olunub. “Şərq Tərəfdaşlığı+” modelinin tətbiq olunacağı ölkələrdə rouminq üçün tariflərin ləğv edilməsi, onların gömrük, energetika ittifaqlarına cəlb olunması, eləcə də Şengen zonasına qatılması nəzərdə tutulub. Komitə həmçinin Gürcüstan, Ukrayna və Moldovanın sosial-iqtisadi infrastrukturuna dövlət və şəxsi investisiyaların cəlb edilməsi üçün fond yaradılmasını da məsləhət görüb.

Xarici Əlaqələr Komitəsi tərəfindən təklif edilən qətnamə layihəsinin lehinə 40 deputat, əleyhinə isə 6 deputat səs verib. Layihənin noyabrda Avropa Parlamentinin səsverməsinə çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı layihəsinə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Belarus üzvdür.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam