Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycanla bağlı qətnamə layihəsi BMT-nin gündəliyinə salınıb

Azərbaycanla bağlı qətnamə layihəsi BMT-nin gündəliyinə salınıb

 

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 72-ci sessiyasının ilkin gündəliyinə daxil edilib.

Yenixeber.org "Report"a istinadən xəbər verir ki, bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından, qarşıdakı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 36-cı bəndlər altında daxil edilib.

Bu sessiyanın gündəliyinə ümumilikdə 171 bənd, o cümlədən, sülh və təhlükəsizlik, Afrikanın inkişafı, silahsızlaşdırma, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam