Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Erməni yazardan Ərdoğana təşəkkür

 

    "xeberinfo.com":Türkiyədə həftədə bir nəşr olunan ermənilərə məxsus “Luys Magazin” qəzetinin erməni əslli köşə yazarı Aram Kuran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana 1915-ci il hadisələri üçün verdiyi təziyə mesajına görə təşəkkürünü bildirib. 

  Məlumata görə, erməni yazar fikirlərini özünə məxsus sözlərlə ifadə edib: “Biz duadan sonra məzara su tökürük. Bu, torpağın bəsitcə sulanması deyil. Ruhların şad olması üçün rəmzi mənası olan bir əməldir. Cənab baş nazirim, siz də 23 apreldə verdiyiniz mesajla bütün dünyadakı ermənilərin ürəyinə su səpdiniz”. 

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə əlaqədar ermənilərə başsağlığı mesajı vermişdi. Baş nazirin bu hərəkəti birmənalı qarşılanmamış, bu mesaja görə, Ərdoğana təşəkkür edənlərlə yanaşı, ona kəskin etirazlarını bildirənlər də olmuşdu. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam