Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Azəryolservis”dəki avtoş Elton Məmmədovun güdazına getdi

 

      

       "xeberinfo.com": “Azəryolservis”in rəhbəri Cavid Qurbanov Zaur Bağırovu işdən çıxarıb. Zaur Bağırovun adı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə Aynar Məmmədovun aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılmışdı. 

     

     Lakin Elton Məmmədov bildirmişdi ki, oğlunun bu məsələyə aidiyyatı yoxdur. Onun sözlərinə görə, videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi də başqa şəxsdir.

Mətbuatın apardığı araşdırma nəticəsində həmin avtomobilin Zaur Mətləb oğlu Bağırov adlı şəxsin adına olduğu üzə çıxmışdı. O da məlum olmuşdu ki, Zaur Bağırov “Azəryolservis”də işləyir. Və Bağırovlar Məmmədovlarla ailəvi dostdur.

     Məlumata görə, Cavid Qurbanov bu məsələdə rəhbərlik etdiyi qurumun adının hallanmasından narahat olub. Ona görə də Zaur Bağırovun işdən çıxarılması barədə əmr imzalayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam