Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Daha bir vilayət Ukraynadan ayrılır

 

   "xeberinfo.com": Ukraynanın cənub-şərq vilayətlərində vəziyyət daha da gərginləşib. Məlumata görə, ölkənin cənub vilayətinin mərkəzi şəhəri olan Luqanskda səhər saatlarına qədər davam edən mitinqdə “Luqansk Xalq Respublikası”nın yaradıldığını elan ediblər. Rusiyameyilli separatçı qüvvələrin keçirdiyi mitinqdə bildirlib ki, mayın 11-də vilayət miqyasında referendum keçiriləcək. 

Referendumda seçicilər qarşısındsa “Luqansk Xalq Respublikasının dövlət müstəqilliyi aktını dəstəkləyirsinizmi?” sualı qoyulacaq. Aksiyada qeyd olunub ki, Ukrayna vilayətə hərbi müdaxilə edərsə, qondarma respublika Rusiyadan “sülhməramlı” qoşunların bölgədə yerləşdirilməsini xahiş edəcək. 

Qeyd edək ki, Rusiya Krım Muxtar Respublikasını ilhaq etdikdən sonra Donetsk və Luqansk vilayətlərinin də ələ keçirilməsi prosesinə başlayıb. Artıq Donetskdə qondarma respublikanın yaradılması elan olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam