Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ukraynada 60 yaşadək səfərbərlik

 

18 yaşdan 60 yaşadək şəxslər orduya çağırılır 

   "xeberinfo.com": Rusiyanın Krıma müdaxiləsindən sonra Ukraynada elan olunmuş ümumi hərbi səfərbərlik davam edir. Ukraynada yaşayan azərbaycanlıların məlumatına görə 45 gün müddətinə elan olunmuş hərbi səfərbəlik öncə 18-35 yaş arası gənclərə şamil olunsa da, hazırda 60 yaşa qədər şəxslər də orduya çağırılır. Ancaq bu, rəsmi şəkildə açıqlanmır. 

Orduya çağırılanlara hərbi təlimlərin keçirildiyin deyən həmyerlilərimiz bildiriblər ki, Ukraynada ciddi müharibə hazırlığı gedir. Çox güman ki, Ukrayna hökuməti Rusiyanın yeni müdaxilələrini nəzərə alaraq hazırlığa başlayıb. 

Özünün 49 yaşı olduğunu deyən həmyerlimizdən biri bildirib ki, mülki şəxsdir və hazırda ordu sıralarında təlimlərdə iştirak edir. 

Qeyd edək ki, səfərbərliyə Ukrayna vətəndaşı olan bütün millətlərin nümayəndələrinin cəlb olunduğu deyilir.

Xatırladaq ki, Ukrayna hökuməti ötən ay Milli qvardiya yaradılması, habelə daxili və sərhəd qoşunları da daxil olmaqla silahlı qüvvələrinin sıralarının artırılması üçün ehtiyyatda olan 40 min nəfəri hərbi xidmətə çağırmaqla bağlı qərar vermişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam