Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

MSK seçki bülletenlərinin çapına başladı

 

Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanıldı.
"Xeberinfo.com":   Məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın üzvləri Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çap olunması prosesi ilə tanış oldular. Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan proses barədə danışan MSK sədri bildirdi ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Milli Məclisə seçkilərlə əlaqədar 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub. Seçki bülletenləri çap olunduqca qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

Qeyd edək ki, artıq Milli Məclisə seçkilərlə bağlı namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış seçki dairələri üzrə seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır və bundan sonra çap olunmuş seçki bülletenləri səsvermə gününə azı 5 gün qalmış MSK-dan dairə seçki komissiyalarına, azı 3 gün qalmış isə dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.

Seçki bülletenlərinin çapı prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam