Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Müxalifət hakimiyyətlə danışıqlardan imtina etdi

 

   

    Kiyevdə “Avromeydan” iştirakçıları yanvarın 24-də Qruşevski küçəsində qarşıdurmanın davam etdirilməsinə səs veriblər.

 "xeberinfo.com" UNİAN xəbər agentliyinə istinadən xəbər verir ki,“Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok meydanda toplaşan etirazçılar qarşısında çıxışında prezident Viktor Yanukoviçlə aparılmış danışıqlar barədə məlumat verib. Xatırladaq ki razılaşmaya əsasən, etirazçılar Qruşevski küçəsini boşaltmalı, DİN isə iğtişaşlar zamanı saxlanılanları azadlığa buraxmalıdır. O, aksiya iştirakçılarına müraciət edərək onların hakimiyyətlə razılaşdırılmış planla razı olub-olmadıqlarını soruşub. Lakin etirazçılar bu təkliflə razı olmadıqlarını bildiriblər. Bundan sonra Oleq Tyaqnibok hakimiyyətlə sövdələşməyə getmək və  Qruşevski küçəsində qarşıdurmanın davam etdirmək təkliflərini səsverməyə çıxarıb. Etirazçıların əksəriyyəti ikinci təklifi dəstəkləyib.  
 
Oleq Tyaqnibok etirazçıların qərarı ilə razılaşıb, lakin qarşıdurmanın nizam-intizama ciddi riayət olunmaqla və bir mərkəzdən idarə edilməklə davam etdirilməsinin vacibliyini vurğulayıb.  
 
“Bu qərardan hər bir kəsin həyatı asılıdır. Biz sizinlə mübarizəni davam etdirməyə qərar veririk, lakin bir şərtlə - nizam-intizamı qorumaq, əmrlərə əməl etmək şərti ilə”, deyə Oleq Tyaqnibok bildirib.  
 
“Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk da, öz növbəsində, etirazçıları nizam-intizama, məsuliyyətli olmağa çağırıb: “İnsanların və ölkənin taleyinə görə məsuliyyət bizim üzərimizdədir”, deyə o bildirib. 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam