Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Bu gün Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır"

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və media nümayəndələri Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Xeberinfo.com":   APA-nın xəbərinə görə, media nümayəndələri məzarın önünə əklil qoyublar.
Daha sonra milli mətbuatın banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin fəaliyyətindən danışıb: “Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafına mane olan faktorları – mövhumatı, savadsızlığı bizim üçün bəlli etdi. Bizim xalqımızın inkişaf yolu maarifdən keçir. Bu gün Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır”.
Şura sədri “Əkinçi” qəzetində erməni məsələsinə də geniş yer verildiyini söyləyib: “Bu gün bizim qarşımızda duran əsas vəzifə Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsi, Dağlıq Qarabağ, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Həsən bəy Zərdabiyə, habelə Azərbaycan xalqının inkişafında rol oynayan ayrı-ayrı söz sahiblərinə Allah rəhmət eləsin!”
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev “Əkinçi” qəzetinin milli mətbuat tariximizdəki rolu haqda çıxış edib. O, Zərdabinin ideyalarının bu gün də yaşadığını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam