Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Nazirin oğlu barədə həbs qərarı yalandır

 

 

Bəkir Bozdağ: "Bunların hamısı baş nazirimizi və hökumətimizi çökdürməyə yönəlib" 

 

   "xeberinfo.com" saytı olaraq biz Türkiyədə ötən ilin dekabrın 17-də baş vermiş hadisələrlə bağlı silsilə yazılar dərc etmişik və etməkdəyik. Dəyərli oxucularımıza da məlumdur ki, həmin yazılarda adı rüşvət qalmaqalında hallanan bir neçə yüksək vəzifəli şəxslərlə bərabər, baş nazir Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan barədə də məlumat vermişdik. Hətta onun Azərbaycana qaçması barədə də məlumatlar yaylımışdı.

    Bu barədə daha bir məlumat əldə etmişik. Məlumata görə,"Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbulda keçirilmiş rüşvət əməliyyatı çərçivəsində baş nazir Rəcəp Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan barədə həbs qərarı çıxarılmadığını söyləyib. 

   Bozdağ bəzi millət vəkillərinin Bilal Ərdoğanla bağlı etdiyi müraciətə cavab olaraq bildirib: "Bilal Ərdoğan haqqında həbs, saxlanma qərarı çıxarılması barədə xəbərlər mətbuatda yer almaqdadır. Onunla bağlı bir həbs, saxlanma qərarı olmadığını ifadə etmək istəyirəm. Türkiyədən qaçması, gizlənməsi kimi şeylərin hamısı yalandır. Bunların hamısı baş nazirimizi və hökumətimizi çökdürməyə yönəlmiş xəbərlərdən ibarətdir". 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam