Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycanda suyun qiyməti 10 qəpik bahalaşacaq

 

 

   Azərbaycanda  suyun qiyməti artacaq.  

 

"xeberinfo.com" Avropa.info-ya istinadən xəbər verir ki,bundan sonra “Azərsu” ASC-yə suyu Fövqəladə Hallar Nazirliyi satacaq. Artıq bununla bağlı hakimiyətdə razılaşma əldə edillib. Qeyd edək ki, uzun müddət ölkədə  istehlak  edilən  suya  nəzarətin  ələ keçirilməsi istiqamətində hakimiyyətdaxili qruplaşmalar arsında ciddi mübarizə getsə də, sonda FHN digər qruplaşmalara qalib gəldi. Suya nəzarəti ələ keçirən FHN Bakının ən böyük su ehtiyatı  anbarı və göllərindən olan Ceyranbatan gölünü də öz rəhbərlik etdiyi qurumun nəzarətinə keçirib.Əgər əvvəllər “Azərsu” həm istehsalçı, həm də istehlakçı  idisə, bundan sonra ancaq istehlakçı rolunda çıxış edərək, satıcı rolunda çıxış edəcək. Mənbənin dediyinə görə, FHN bundan sonra suyu “Azərsu”ya hər kubunu 6 qəpiyə satacaq. Bu da “Azərsu” ilə FHN arasında ciddi söz-söhbətə səbəb olub. Qeyd edək ki, hazırda “Azərsu” ASC əhaliyə suyun hər kubunu 32 qəpiyə satır. 4 qəpik isə digər kommunal istifadələrə görə əlavə edilərək, 36 qəpikdən  əhalidən pul yığılır. Əldə etdiyimiz  məlumata görə, FHN-lə  "Azərsu" arasında yaşanan  narazılıq  suyun qiymətinin artırılması ilə bağlı hökumətin verdiyi razılıqdan sonra aradan qaldırılıb.  Bu razılaşmaya əsasən  "Azərsu"nun   əhaliyə satılan suyun qiymətini  10 qəpik  artıracaq . Beləliklə, Tarif Şurasının yaxın vaxtlarda suyun hər kubunun 42 qəpiyə satılacağı haqda  qərar verəcəyi gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam