Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Gəncədə sənədsiz evlər qanuniləşdirilir

    

Gəncədə sənədsiz evlər qanuniləşdirilir
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir səyyar qəbul keçirib.
Yenixeber.org: Bu dəfə şəhərin 1-ci mikrorayon ərazisində yaşayan sakinlərin şikayət və təklifləri dinlənilib. Ərazidə yaşayan 50-yə yaxın vətəndaş, “açıq mikrofon” şəraitində keçən qəbulda, öz müraciətini dilə gətirib. Çoxmərtəbəli binalarda liftlərin təmiri və dam örtüklərinin yenilənməsi sakinlərin həllini istədikləri ümumi məsələlərdən olub. 



Qəbulda Cavad xan qəsəbəsinin sakinləri də iştirak ediblər. Su, qaz və işıqla təminatla bağlı müraciət edən vətəndaşlara bildirilib ki, qəsəbədə yaxın günlərdə yeni transfarmator quraşdırılacaq. Qazlaşdırılmayan ərazilərə mavi yanacağın çəkilişi isə 2019-cu ilə planlaşdırılır. Bundan başqa şəhərin Vəli Xuluflu küçəsində sənədsiz evlərin qanuniləşdirilməsi üçün qeydiyyata alınması istiqamətində göstəriş verilib. 



Torpaq sahəsi ilə təminatla bağlı müraciət edən sakinlərin növbəyə götürülmələri Kəpəz və Nizami Rayon Bələdiyyələrinə tapşırılıb. Səsləndirilən digər bir sıra problemlər yerindəcə öz həllini tapıb, ehtiyac olanların isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam