Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Şahdağ"da xoşagəlməz halla bağlı qərar qəbul edildi– FOTO

"Şahdağ"da xoşagəlməz halla bağlı qərar qəbul edildi

 

Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilib

 

Yenixeber.org: AZTA-dan verilən məlumata görə, görüşdə keçən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub. Turizm mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib.

Bundan başqa, AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırıb.

Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA-nın Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.

Qeyd edək ki, dekabrın 16-da qış mövsümünün açılışı zamanı "Şahdağ"  Turizm Mərkəzində minlərlə şəxs kanat yoluna növbədə gözləyərkən izdiham və sıxlıq yaşanıb, nəticədə xoşagəlməz insident baş verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam