Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Sahibkar olmaq istəyən gənclər üçün treninq keçirilib-Lənkəranda

 

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün treninq keçirilib.

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması” və “Öz biznesinə başla” mövzularında keçirilən treninqdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan və onun tərtib edilməsi, istehsalat planı, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam