Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Kürdəmir məktəbliləri arasında Tir atıcılığı üzrə rayon turniri keçirilib - FOTOLAR


 

Aprelin 28-də Kürdəmir rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə rayonun 20 ümumtəhsil məktəbinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş İdmanın Tir atıcılığı növü uzrə rayon turniri keçirilib.

 

Xeberinfo.com:  Yarış yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı, məktəblilərə təlim silahlarından istifadə vərdişlərinin aşılanması və orduya hazırlanması məqsədi ilə təşkil olunub.

 

Yarışda komanda birinciliyində Çöhranlı kənd tam orta məktəbi I yeri,  şəhər 3 saylı tam orta məktəbi II yeri , şəhər 1 sayli tam orta məktəbinin  komandası  III yerə layiq görüldülər.  Şəxsi birincilik üzrə Köhnəbazar kənd tam orta məktəbinin şagirdi Asif Əzizov I yerə, Atakişili kənd tam orta məktəbinin şagırdi Ceyhun Dadaşzadə II yeri qazanmışlar.

 

Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam