Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

2500-dən çox gənc bu il diplom ala bilməyib

 

 

2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinə ümumilikdə 33 880 gənc qəbul olub.

 

Yenixeber.org: Onlardan dövlət ali təhsil müəssisələrinə 28 839 nəfər, özəl ali təhsil müəssisələrinə isə 5 041 nəfər qəbul olub.

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2016/2017-ci tədris ilində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bakalavriat səviyyəsi üzrə bitirənlərin (diplom alanların) sayı ümumilikdə 30 457 nəfər olub.

Onlardan 22 100 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan, 4 372 nəfəri digər dövlət qurumlarının tabeliyində olan, 3985 nəfəri özəl təhsil müəssisələrini bitirib.

Nəzərə alsaq ki, 2013/2014-cü tədris ilində Azərbaycan Tibb Universitetinə qəbul olan 932 gəncdən 104 nəfəri (4 illik əczaçılıq fakültəsi) bu il oranı bitirib. Bu da o deməkdir ki, 828 tələbə hələ də təhsilini davam etdirir. 

Yekun nəticəyə görə, bu il 3423 nəfər diplom ala bilməyib. Bu saydan da ATU-da tədrisini davam etdirən 828 tələbəni nəzərə alsaq, deməli, azı 2595 tələbə diplomsuz qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam