Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Məişət zorakılıqlarının sayı artıb –RƏSMİ

 

2016-cı ildə qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib.

 

Xeberinfo.com:   Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adamöldürmə və adamöldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.

 

Qəsdən adamöldürmə və adamöldürməyə cəhd cinayətlərində 11,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15,8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub.

 

Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18,6 faiz artaraq 51 nəfər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam