Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Yatmış hökuməti dəyişmək lazımdır” –Böhrandan çıxış yolu nədir?

AMİP lideri Etibar Məmmədov Azərbaycanı bürüyən iqtisadi böhrandan danışıb.

Xeberinfo.com:    Böhranın artıq Azərbaycan hökumətinin özü tərəfindən etiraf olunduğunu deyən AMİP liderinin sözlərinə görə, Azərbaycanda gündəlik olaraq fəaliyyət göstərən hökumət yoxdur: “Mənim fikrimcə, rəhbərlik bu barədə ciddi şəkildə düşünməlidir ki, gündəlik fəaliyyət göstərə bilən hökumət qursun. Prezident bəzi sahələrin inkişafı ilə bağlı sərəncamlar verir. Sonradan həmin sərəncamların icra olunmaması ilə qarşılaşırıq. Bunun da qarşısını almağın tək və yeganə yolu normal fəaliyyət göstərən hökumət formalaşdırmaqdır. Belə bir hökumətə ehtiyac var”.

Azərbaycanın kredit reytinqinin də aşağı olduğunu vurğulayan E.Məmmədov bildirib ki, vəziyyət təcili dəyişməlidir: “Hazırda Azərbaycanın kredit reytinqi aşağıdır. Kreditlər alınmalı və alınan kreditlər isə qaytarılmalıdır. Kreditlər istehlak krediti ola bilməz. Kreditlər islahatlar üçün alınmalıdır. Alınan kreditlər hansısa nazirlərin irəli sürdükləri təkliflər əsasında alınmamalıdır. Yol xəritəsi olmalıdır. Ancaq hökümət bunun ətrafında hələlik bir iş görmür. Bizim yatmış hökuməti tezliklə dəyişib normal hökümət qurulmalıdır”.

Azərbaycanın inkişafının həm də Avrointeqrasiyadan keçdiyini xatırladan E.Məmmədov bunun üçün ciddi islahatlara başlamğın zəruriliyini qeyd edib: ”İqtisadi azadlıqlar olmalıdır. Bu vacibdir”.(gununsesi.info)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam