Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Naxçıvanda sahibkarlara yeni xidmət növü -“oğurluğun qarşısını almaq” üçün 200 manat verməlisən yoxsa...

 

Naxçıvanda ticarət obyektlərinin sahibləri bundan sonra “oğurluğun qarşısını almaq” xidməti üçün polisə aylıq ödəniş etməli olacaqlar. Sahibkarların bildirdiyinə görə, bu məcburi xidmət üçün onlardan aylıq 200 manat tələb olunur.

Yenixeber.org: Bundan əlavə, obyekt sahibləri öz hesablarına siqnalizasiya quraşdırmalıdırlar ki, oğurluq zamanı polis bundan xəbər tuta bilsin.
Sahibkarların “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, artıq bu barədə onlara rəsmi xəbərdarlıq olunub.
Bundan əvvəl isə sahibkarlar yanğından mühafizə adı altında quraşdırılmış siqnalizasiya üçün FHN-ə 500 manat ödəməyə məcbur olmuşdular.
Sahibkarlardan V. Mahmudov bildirir ki, bu xidmətdən imtina edənlər həbslə hədələnir:
"Deyirlər ki, hər hansı təhlükə və ya oğurluq baş verdikdə siqnalizasiya işə düşəcək və dərhal mərkəzə məlumat ötürüləcək. Bu zaman polis hadisəyə müdaxilə edəcək. Gözəl təşəbbüsdür, amma bu, onların vəzifə borcudur. Lakin bizdən bu xidmət üçün aylıq pul – nə az, nə çox, düz 200 manat tələb olunur. İmtina etmək mümkün deyil. Bir söz deyirsən, cavab verirlər ki, 'Aparıb basarıq içəri'. Onsuz da sahə müvəkkili və FHN əməkdaşları hər ay gəlib öz 'taslarını' yığıb gedirlər. Ara-sıra abadlaşdırmaya da pul veririk. Vergi də öz yerində. Vergini ödəməklə yanaşı, ildə bir-iki dəfə müxtəlif adlarla bizdən əlavə pul yığırlar. Belə olmaz! Biz nə qazanırıq ki, bu qədər də pul ödəyək? Dükana gələn gəlir sadəcə öz xərclərimizə və borclarımızın ödənilməsinə güclə çatır. Hamımızın banklara borcu var.”
Digər sahibkar C. Cabbarov da sahə müvəkkilinin onu hədələdiyini bildirir:
"Şəhərdə 40 kvadratmetrlik dükanım var. İmkan vermirlər işləyək. Hər gün yeni bir qayda çıxarıb sahibkarları soymaqla məşğuldurlar. Sahə müvəkkili gəlib xəbərdarlıq etdi ki, ‘Mütləq təhlükəsizlik üçün siqnalizasiya qoyulmalıdır. Polis mağazanın təhlükəsizliyini təmin edəcək və siz hər ay 200 manat ödəyəcəksiniz.’ Etiraz etdim, cavab verdi ki, 'Sonrası pis olar sənin üçün.' Razılaşmayanda sahibkarlara dərhal problem yaradılır. Ona görə də məcbur razılaşdım. Əvvəllər sahə müvəkkilinə 20-30 manat verib yola salırdıq. İndi siqnalizasiya quraşdırıldıqdan sonra hər ay əlavə 200 manat da verməli olacağam.”(Gündəlik Naxçıvan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam