Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qara Qarayevin 100 illik yubileyi qeyd olunub///Moskvada

Qara Qarayevin 100 illik yubileyi qeyd olunub///

 

 

Moskva Konservatoriyasının Kiçik zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib

 

Yenixeber.org: Konsert zamanı sənətşünaslıq doktoru Rauf Fərhadov gecənin qonaqlarına Qara Qarayevin yaradıcılıq yolunun əsas mərhələləri haqqında məlumat verib. Qeyd olunub ki, bəstəkar yaşadığı dövrdə Moskva Konservatoriyasında dərs deyib.

Konsertdə dahi Azərbaycan bəstəkarının ölməz əsərləri - fortepiano üçün prelüdlər, skripka və fortepiano üçün sonata, "Yeddi gözəl" baletindən noktyurnlar və rəqslər səslənib. Musiqiləri Olqa Domnina (fortepiano), Yelena Reviç (skripka) və Yevgeniya Astafurova (bariton) ifa ediblər.

O.Domnina "Report"a açıqlamasında Q.Qarayevin yaradıcılığını neçə kəşf etdiyini açıqlayıb: "Klassik musiqidə yeniliklər istəyirdim və bunu Q.Qarayevin yaradıcılığında tapdım. Təəssüf ki, bəstəkarın mahnıları istənilən qədər çox ifa olunmur".

Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan və Rusiyanın Mədəniyyət nazirlikləri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam