Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bakılıları gənc musiqiçilərin iştirakı ilə caz axşamı gözləyir

Bakılıları gənc musiqiçilərin iştirakı ilə caz axşamı gözləyir

 

Yenixeber.org: Sentyabrın 23-də gənc Azərbaycan musiqiçiləri Bakıdakı “Xalça” restoranında caz axşamı təşkil edəcəklər.

Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, həmin axşam bakılılar və şəhərimizin qonaqları Azərbaycanın Əməkdar Artisti, 2009-cu ildə Montredə keçirilmiş beynəlxalq caz festivalının qalibi, virtuoz pianoçu İsfar Sarabskinin, 2008-ci və 2015-ci illərdə “Eurovision” mahnı müsabiqələrinin iştirakçısı, “O səs Türkiyə” müsabiqəsinin (populyar “Voice” şousunun analoqu) qalibi olmuş, geniş diapazonlu nadir səsə malik olan Elnur Hüseynovun ifasından həzz ala biləcəklər.

Bundan əlavə, caz axşamında “Dihaj” musiqi kollektivi (solist - 2017-ci ildə “Eurovision” müsabiqəsinin iştirakçısı olmuş Diana Hacıyeva) və “Orient-Xpress” qrupu da çıxış edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam