Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Elçin Əfəndiyevin qızı vəzifəsindən ayrıldı

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub.

Yenixeber.org xəbər verir ki, bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova gətirilib.

O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.

Xatırladaq ki, A.Raimkulova 1964-cü il mayın 2-də Qazaxıstanın Almatı şəhərində doğulub. O, ölkəsinin Əməkdar mədəniyyət işçisi, bəstəkardır. 2019-2022-ci illərdə Qazaxıstanın mədəniyyət və idman naziri işləyib.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fondun Nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də keçirilmiş Bişkek Zirvə görüşündə qəbul edilib.

Bundan əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva olub.(Report)

Qeyd edək ki, G.Əfənfiyeva xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam