Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

MTRŞ: "“Space”dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var"

 

““Space” televiziyasında yayımlanan “Günaydın”verilişində “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub”.
"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.
 
T. Məmmədov bildirib ki, “Space”dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var: “Düzdür söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. “Space”dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir”.
 
Aparat rəhbəri qeyd edib ki, məsələ MTRŞ tərəfindən araşdırılacaq.
 
Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam