Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Milli Musiqi Gününün -hansı formada qeyd ediləcəyi məlum olub

 

18 sentyabr – Milli Musiqi Gününün pandemiya şəraitində hansı formada qeyd ediləcəyi məlum olub.

Yenixeber.org: Mədəniyyət Nazirliyindən bildirilib ki, sabah nazirliyin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin məzarlarını, Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət edəcəklər.

Qeyd olunub ki, ziyarətçilərin sayı məhdud olacaq. 

"Tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və ölkəmizdə tətbiq edilən karantin rejiminin qaydalarına uyğun olaraq təşkil ediləcək.

Həmçinin, Mədəniyyət Nazirliyi və AzTv-nin “Mədəniyyət” kanalının birgə layihəsi olan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş telefestival keçiriləcək. Telefestival sentyabrın 18-dən 30-dək davam edəcək", nazirlikdən bildirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam