Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ziya Məmmədovun oğlunun yaxtası satışa çıxarıldı ...19 milyon avroya - FOTO

Ziya Məmmədovun oğlunun yaxtası satışa çıxarıldı ...

 

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov Türkiyədəki yaxtasını satışa çıxardıb

 

Yenixeber.org: Atasının işdən çıxarılmasından sonra iş adamı təkcə Azərbaycandakı deyil, xaricdəki mülklərini də satışa çıxardıb. Belə ki, A.Məmmədov Türkiyədəki "Only One” adlı yaxtasını nə az, nə çox düz 19 milyon avroya satışa qoyub.

Məlumata görə, sözügedən yaxta A.Məmmədovun Londondakı şirkətinə aiddir. Bütöv adı "Baglietto Only One” adlanan yaxtanın satış elanı "M Blue Yacht”da yerləşdirilib. Yaxtada əyləncə, idman zalları olmaqla 5 otaq mövcuddur.

Mənbənin sözlərinə görə, bu yaxta Anar Məmmədovun tez-tez ziyarət etdiyi məkan olub. O bu yaxta ilə qonaqlarıyla bir neçə dəfə uzun səfərlərə də çıxıb.

"Baglietto Only One” nın satışını isə Nərgiz adlı azərbaycanlı qadın həyata keçirir. Bu qadının Anar Məmmədovun Türkiyədəki biznesinin idarəsində məsul şəxs olduğu bilinir.

Anar Məmmədovun yaxtası
Anar Məmmədovun yaxtası
Anar Məmmədovun yaxtası

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam