Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Mərkəzi Bankdan məsləhət – Məhkəməyə müraciət edin!

 

Azərbaycan Mərkəzi Bankı dollarla verilmiş kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı məsələyə münasibət bildirib. 

 

"Xeberinfo.com":  Məlumata görə, AMB-dən fins.az-a bildirilib ki, ölkə qanunvericiliyində bu məsələ dəqiq göstərilməyib: «Bu məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddəni hər iki formada yozmaq mümkündür. Ona görə də, burada birmənalı olaraq demək mümkün deyil ki, kredit hansı məzənnə ilə qaytarılmalıdır».

Bununla bağlı banklarla müşərilər arasındakı mübahisənin necə həll olunmasına gəlincə, AMB-dən müştərilərə məhkəməyə müraciət etməyi məsləhət görüblər. Burada bildirilib ki, məsələ yalnız məhkəmə tərəfindən aydınlaşdırıla bilər: «Ümumiyyətlə, ola bilər ki, bu məsələ Konstitusiya Məhkəməsi tərəfindən şərh edilsin».

Qeyd edək ki, manatın məzənnəsinin kəskin ucuzlaşmasından sonra bank müştərilərini narahat edən məsələlərdən biri də vaxtilə dollarda götürülən kreditlərin hansı məzənnə ilə qaytarılmasıdır. Çünki bu bahalaşma nəticəsində dollarla ödənişlərin məbləği manat ifadəsində 34% artıb.

Hazırda cəmiyyətdə bununla bağlı fikir ayrılıqları var. Banklar bildirir ki, krediti dollar və ya digər xarici valyuta ilə götürmüş vətəndaşlar ödənişləri ya dollar, ya da dolların bu günkü məzənnəsinə uyğun olaraq manatla həyata keçirməlidirlər.

Bəzi hüquqşünaslar isə əksinə, bildirir ki, əksinə, kreditlər dolların o vaxtkı, məzənnəsinə əsasən qaytarılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam