Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

""Amrahbank"ı sağlamlaşdırmaq mümkün idi" - Bankın Səbail filialının direktoru


““Amrahbank”ın sağlamlaşdırılması, bilirəm ki, mümkün idi və belə bir vaxtda, karantin dövründə təcili şəkildə bağlanılmalı deyildi”.
Yenixeber.org: Bunu "Amrahbank"ın Səbail filialının direktoru Xəyal Məmmədli bildirib.
O qeyd edib ki, bank səhmdarlarının bankla bağlı planları uzunmüddətli idi və buna görə də uzunmüddətli dövrdə xərclərin optimallaşdırılması üçün bankın mərkəzi ofisi üçün xüsusi bina tikilmişdi və artıq yarım il idi ki, istifadəyə verilmişdi:
“Həmçinin, Bəhreyn Krallığında yerləşən “International Investment Bank” bankın 45% səhmdarı və strateji partnyorudur. “Amrahbank” Azərbaycanda yeganə ərəb kapitallı bankdır, bankın strateji hədəfi qanunvericilik imkan verən kimi dərhal islam bankına çevrilməkdir. Bununla bağlı bütün daxili prosedur və qaydalar da hazırdır”.
Qeyd edək ki, bu ayın əvvəli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Atabank” ASC və “AmrahBank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yaymışdı.
Fond “Atabank” ASC və “AmrahBank” ASC-nin ləğvedicisi təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam