Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Kredit almaq asanlaşır

 

“Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətinə artıq bir neçə bank qoşulub.

"Xeberinfo.com":  Məlumata görə, hazırda bu xidmətdən “Unibank” ASC, “Accessbank”, “Bank of Baku”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC və “Bank Respublika” ASC faydalanmaqdadır.

Yaxın zamanda isə “İnkişaf üçün maliyyə” Qeyri-Bank Kredit Təşkilatı, “Rabitabank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AGBank” ASC və bir sıra digər banklar bu e-xidmət vasitəsilə kredit vermə prosesini sadələşdirəcəklər.

Qeyd edək ki, vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edir. Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam